AZ

Zəka Mirzəyev: Sosial islahatlar 3 milyon vətəndaşı əhatə edib

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İslahatlar sosial sahənin bütün əsas istiqamətlərini əhatə edir. Əmək münasibətlərinin tənzimlənməsi, minimum əmək haqqının ədalətli səviyyədə müəyyənləşdirilməsi və sosial müavinətlərin təmin olunması əsas prioritetlər sırasındadır. Məqsəd sosial ədalətin gücləndirilməsi və vətəndaşların rifahının yüksəldilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Eyni zamanda, əvvəlki dövrlərdə mövcud olan bir sıra ictimai münasibətlərə yenidən baxılır, həmkarlar ittifaqları və aidiyyəti qurumların təqdim etdiyi təkliflər nəzərə alınır. Bu dəyişikliklər sosial münasibətlərdə daha balanslı və inklüziv mühitin formalaşmasına yönəlib:

“3 milyon vətəndaşı əhatə edən sosial islahat zərfi çərçivəsində illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. İslahatlar əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin artırılmasını da əhatə edib”.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr