Sosial media paylaşımları ilə tanınan türkiyəli fenomen Sina Osmanoğlunun dünyaca məşhur müğənni Riki Martin ilə eşq yaşadığı iddia edilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmanoğlunun sosial media hesabında Martinlə olan mesajlarını və şəkillərini paylaşması bu iddiaları daha da gücləndirib.
San-Fransiskoda yaşayan və yumoristik paylaşımları ilə tanınan Sina Osmanoğlu "X" hesabında Riki Martin onunla San-Fransiskoda olarkən birlikdə içki içmək istədiyini qeyd etdirən mesajını yayımlayıb.
San-Fransiskoda görüşən cütlüyn fotosu da izləyicilər tərəfindən maraqla qarşılanıb.
Osmanoğlunun sözlərinə görə o, Rikki Martin ilə baş-başa olarkən çəkdiyi fotonu dostuna yollayıb. Dostu isə şəkli sosial media hesabında paylaşıb. Bu da dünya mətbuatının marağını çəkib.