BAKI, 15 yanvar. TELEQRAF
Hazırda pensiya alanların sayı 1 milyon 98 min 651 nəfər təşkil edir.
Teleqraf xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə ölkədə pensiyaçıların sayı sabit qalıb.