AZ

Ordubadda qarın hündürlüyü 60 santimetri keçib

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən SİA-ya bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Hazırda Şərur, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 27, Küküdə (Şahbuz) 44, Biçənəkdə 39, Axurada (Şərur) 7 santimetr qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
3
sia.az

4Mənbələr