Son İran şahının böyük oğlu Rza Pəhləvi mümkün rejim dəyişikliyi ilə bağlı vədlərini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
"Əsl İran fərqlidir. Gözəl, dinc və çiçəklənən bir İrandır. Həmin İran bu rejimin süqutu ilə küllərindən yenidən doğulacaq. Buna görə də, rejimin süqutundan sonra azad İranın qonşularına və dünyaya qarşı necə davranacağını aydın şəkildə bildirmək istəyirəm", - deyə o qeyd edib.
Pəhləvi İranın nüvə müdafiə proqramına son qoyulacağını və mövcud rejimin terrorçu qruplara dəstəyinin dərhal kəsiləcəyini bildirib: "Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremizmə qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla işləyəcək. İran bölgədə sabitlik üçün dost qüvvə kimi çıxış edəcək. Qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq".
O, İranın digər dövlətlərlə olan diplomatik münasibətlərinin normallaşdırılacağını vurğulayıb: "ABŞ və xalqı ilə münasibətlər yenidən qurulacaq. İsrail dövləti dərhal tanınacaq, ərəb dünyasındakı münasibətlər yaxşılaşdırılacaq. Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir səhifə açılacaq".