AZ

"ABŞ-nin İrana mümkün hücumu bir neçə gün ərzində baş verə bilər" - New York Times

ABŞ Prezidenti Donald Tramp Pentaqon tərəfindən təqdim olunan hərbi variantları nəzərdən keçirir. Hücum qərarı Tehranın növbəti hərəkətlərindən asılı olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ-nin İrana hərbi müdaxilə planlarını gündəmə gətirib. Qəzetə danışan adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər ki, ABŞ-nin mümkün hədəfləri İranın nüvə proqramı, ballistik raket sistemləri və təhlükəsizlik qüvvələrinə qarşı kiberhücumları əhatə edə bilər. Rəsmilər ABŞ kəşfiyyatının İranın cavab tədbirlərinin bölgədəki bazalara zərbə endirə biləcəyini qeyd etdiyini bildiriblər. Hazırda Yaxın Şərqdə ABŞ-yə aid təyyarədaşıyan gəmi, üç raket buraxan esmines və bir sualtı qayıq yerləşdirilib.

Xatırladaq ki, İranın iqtisadi böhranı və valyuta devalvasiyası səbəbindən dekabrın 28-dən başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. HRANA xəbər verir ki, etirazlar zamanı ölənlərin sayı 2550 nəfərə çatıb, onlardan 147-si təhlükəsizlik əməkdaşlarıdır. Ölkə miqyasında internet 9 yanvardan dayandırılıb, İran hakimiyyəti isə hələ rəsmi açıqlama verməyib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
67
missiya.az

1Mənbələr