Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar qurultay keçirəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb.
““Vətəndaş Müqaviləsi” partiyası yenidən seçki kampaniyasının qızğın mərhələsindədir. Fevral ayının sonlarında fövqəladə qurultay keçirilməsi planlaşdırıldığı üçün partiyanın idarə heyəti tərəfindən irəli sürülən və qeydiyyata alınan namizədlər regional şöbələrinin rəhbərliyi ilə gecə-gündüz görüşlər keçirirlər.
Bu qurultay zamanı partiya seçki siyahısını formalaşdırmaq üçün təxminən 1000 nümayəndə seçəcək. Əlbəttə ki, ilk əlli nəfərdən sonra Paşinyan müəyyən düzəlişlər edəcək və layiq olanları siyahının yuxarısına yerləşdirəcək.
Lakin “Vətəndaş Müqaviləsi” partiyasında hesab edirlər ki, bu dəfə Paşinyan bir sıra partiya yoldaşlarının yüksək vəzifələrə təyin olunması ilə bağlı ərazi strukturlarına təlimat verəcək”.
Xatırladaq ki, “Vətəndaş Müqaviləsi” partiyasının qurultayı 2025-ci il sentyabrın 20-də keçirilib. Həmin qurultayda Baş nazir Nikol Paşinyan partiyanın sədri seçilib.
Lakin görünür, partiya rəhbərliyi seçkilərə hazırlıqla bağlı proporsional siyahını formalaşdırmaqda fikir ayırılıqları ilə üzləşib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.