AZ

Tehranda güc mərkəzləri parçalanıb: Hakimiyyət içi ziddiyyətlər dərinləşir

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian son iğtişaşlar və ölkədəki gərginliklə bağlı açıqlama verərək baş verənlərin xarici qüvvələr tərəfindən alovlandırıldığını bildirib. O, dinc etirazlarla terror xarakterli hücumları bir-birindən ayıraraq vurğulayıb ki, iqtisadi çətinliklərdən sui-istifadə edən müəyyən qruplar ölkəni xaosa sürükləməyə çalışır.

Pezeşkian iğtişaşlar zamanı məscidlərin, bazarların yandırılmasını, vətəndaşların qətlə yetirilməsini ölkə dəyərlərinə zidd vandalizm adlandırıb: “Bunlar xalq deyil, bu ölkəyə aid deyillər”. Prezident vətəndaşları ayıq-sayıq olmağa, məhəllələrdə həmrəylik göstərərək təxribatların qarşısını almağa çağırıb. O bildirib ki, hökumət qanuni etirazları dinləməyə və islahatlar aparmağa hazırdır, lakin ölkəni destabilizə etmək istəyənlərə imkan verilməyəcək. 

Pezeşkianın bu çıxışı böhranın həllinə real təsir göstərəcəkmi, yoxsa İranda güc mərkəzləri arasındakı ziddiyyətlər vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Pezeşkianın dedikləri ciddi kəşfiyyat məlumatlarına söykənir. Onun sözlərinə görə, ABŞ senatorlarının “iranlılara yardım ediləcəyi” ilə bağlı bəyanatları və PKK-PJAK xətti üzrə hərəkətlilik bu iddiaları gücləndirir:

“PKK-nın 10-12 faizi iranlı terrorçulardan ibarətdir. ABŞ və İsrail bu qruplara silah verərək İrana göndərib. Məscidlərin və obyektlərin yandırılmasında, polis əməkdaşlarının öldürülməsində də məhz həmin terrorçular iştirak edir”.

Natiq Miri: İranda heç vaxt vahid güc mərkəzi olmayıb

Ekspertin sözlərinə görə, Pezeşkianın mövqeyi düzgün olsa da, açıqlama gecikmişdir və bu, Tehrandakı güc mərkəzləri arasında fikir ayrılığının olduğunu göstərir:

“İranda heç vaxt vahid güc mərkəzi olmayıb. Hökumət, SEPAH və ali rəhbərliyin təsir dairələri fərqlidir. Prezidentin səlahiyyətləri də məhduddur. SEPAH hələlik küçələrə enməyib, əks halda çox qan tökülə bilər. İran cəmiyyətində qorxu sindromu artıq yoxa çıxıb və sistemi dəyişmək zəruridir. Əks halda bu dəyişiklik aşağıdan baş verəcək”. 

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr