Yazını böyüt
Yazını kiçilt
Türkiyədə məşhurları hədəf alan genişmiqyaslı narkotik istintaqı çərçivəsində hüquq-mühafizə orqanları yeni əməliyyat keçirib.
Hafta.az "Haber Global"a istinadən xəbər verir ki, bu səhər keçirilən əməliyyat zamanı 13 şübhəli saxlanılıb.
Saxlanılanlar arasında Türkiyə voleybolunun tanınmış siması və keçmiş milli komanda oyunçusu Derya Çayırqan da var.
Çayırqanın adı hazırda istintaq çərçivəsində hələ də həbsdə olan Rabia Karacanın prokurorluqda verdiyi ifadələrdə yer alıb.
İstintaqın məxfiliyi səbəbindən əməliyyatın detalları və digər şübhəlilərin şəxsiyyətləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.