Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikasında sərxoş halda məhəllədə səs-küy salan həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Sədərək rayonu, Sədərək kəndində qeydə alınıb.
Kənd sakini olan 48 yaşlı Murad Məmmədli (ad və soyad şərtidir) yaşadığı evdə axşam saatlarında spirli içki içərək, həddən artıq sərxoş olub. Bir az keçəndən sonra gecə düşəndə yaşadığı məhəllədə özündən çıxaraq, ucadan səs-küy salıb və nalayiq ifadələr işlədib. Bu zaman polis əməkdaşları məhəlləyə gələrək, onu şöbəyə aparıblar.
Şöbədə Murad Məmmədli barəsində törətdiyi inzibati xətaya uyğun protokol tərtib olunub.
Sədərək rayon Məhkəməsinin qərarı ilə M. Məmmədli barəsində 12 gün müddətinə inzibati həbs cəzası təyin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.