2026-ci il baçlanandan Azərbaycan üzrə məişət şəraitində dəm qazından ölənlərin sayı rəsmi xəbərlərə görə, 4 nəfərə çatıb.
Modern.az xəbər verir ki, dəm qazı (karbonmonoksit) zəhərlənməsi ilə ölüm halları Bakı, Qusar və Naxçıvan bölgələrində olub:
8 yanvarda Qusar sakini 1962-ci il təvəllüdlü Riman Əlisultanov;
12 yanvarda Bakı sakini 1962-ci il təvəllüdlü Züleyxa Xanbaba qızı Bayramova;
15 yanvarda Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər.
Mütəxəssislər səbəbi qazdan istifadə qaydalarına düzgün riayət edilməməsində görürlər.
TƏBİB-in rəsmi açıqlamasına görə, ötən il ölkədə 66 nəfər dəm qazının qurbanı olub.