AZ

Azərbaycanda pensiyaçıların sayı 1,1 milyona yaxınlaşıb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə ölkədə pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər olub.

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib. 

Sədr bildirib ki, ötən il pensiya xərcləri 7,1 milyard manat olub: “Ötən il Azərbaycanda orta pensiya 543 manat olub. Bu, 2024-cü ildən 9,3 faiz çoxdur. Yaşa görə orta pensiya 578 manat olub ki, bu da, 2024-dən 9,1 faiz çoxdur. Orta pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
banco.az

3Mənbələr