Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunub ki, yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.Bununla əlaqədar 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10 - 11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.