AZ

Pensiya yaşının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama

BAKI, 15 yanvar. TELEQRAF

“Bu il aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”.

Teleqraf xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycanda pensiya kapitalının vaxtından əvvəl əldə edilməsindən də danışıb:

“Azərbaycan qanunvericiliyində pensiya kapitalı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitdir. Beynəlxalq təcrübədə də məcburi dövlət sığorta haqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi təcrübəsi yoxdur”.

Seçilən
66
3
teleqraf.com

10Mənbələr