AZ

Gürcüstan hökumətinin saytına kiberhücum olması araşdırılır

Gürcüstanın hökumət administrasiyasının veb saytına mümkün kiberhücumla bağlı araşdırmaya başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, araşdırmanın başlanmasına əsas Gürcüstan hökumətindən administrasiyanın veb saytına etimal edilən kiberhücum və müəyyən manipulyasiyaların həyata keçirildiyi barədə daxil olan məlumatlar olub. Bu manipulyasiyalar ictimai məkanda yanlış məlumat yaymaqla Gürcüstanın dövlət maraqlarına zərər vurmaq, o cümlədən ölkə üçün zərərli siyasi və iqtisadi nəticələrə səbəb olmaq məqsədi daşıyıb.

“Güman edilən cinayət əməlindən sonra müxtəlif KİV və sosial şəbəkələr bu məsələni işıqlandırmağa başlayıb. DTX dərhal reaksiya verib və dövlət maraqlarına zərər vurulmasının qarşısını almaq üçün media nümayəndələrinə, eləcə də ayrı-ayrı şəxslərə bu məlumatı yaymaqdan çəkinmək tövsiyə edilib”, - DTX-nın məlumatında deyilir.

Seçilən
18
2
apa.az

3Mənbələr