AZ

Tramp ABŞ-ın İrana sürətli zərbə endirə biləcəyini istisna etmir, lakin...

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə komandasına bildirib ki, İrana mümkün hərbi zərbə “sürətli və qətiyyətli” olmalıdır. Onun sözlərinə görə, bu addım ABŞ ilə İran arasında həftələr və ya aylar davam edə biləcək uzunmüddətli müharibəyə səbəb olmamalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadla məlumat yayıb.

NBC News-un həmsöhbətinin sözlərinə görə, əgər Tramp hər hansı addım atarsa, o, bunu son və həlledici tədbir kimi görmək istəyir. Məlumata əsasən, Pentaqon İrandakı vəziyyətlə bağlı ABŞ-ın hərbi müdaxiləsinin bir neçə mümkün ssenarisini hazırlayıb. Lakin Trampın müşavirləri hələlik ona ABŞ-ın zərbəsindən sonra İranda hakimiyyətin tez bir zamanda süqut edəcəyinə dair zəmanət verə bilməyiblər.

Bundan əlavə, ABŞ administrasiyasında narahatlıq var ki, regionda mövcud resurslar İranın mümkün cavab zərbələrindən müdafiə üçün kifayət etməyə bilər. Amerikalı rəsminin sözlərinə görə, prezident eskalasiya imkanını saxlayan məhdud hərbi əməliyyat variantını da nəzərdən keçirə bilər.

NBC News mənbələri vurğulayıb ki, vəziyyət sürətlə dəyişir və 14 yanvar günorta saatlarına (Moskva vaxtı ilə 20:00) olan məlumata görə, hələlik heç bir yekun qərar qəbul edilməyib.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın sonlarında milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin artması fonunda başlayıb. Etirazçılar siyasi rejimin dəyişdirilməsini tələb edirlər. Yanvarın 14-də Donald Tramp bəyan edib ki, etirazçılar arasında ölüm halları dayanıb və İran hakimiyyəti iğtişaş iştirakçılarını edam etməyi planlaşdırmır. ABŞ-ın mümkün hərbi addımlardan imtina edib-etmədiyi ilə bağlı suala cavab verən Tramp bildirib ki, Vaşinqton hadisələrin inkişafını izləməyə davam edəcək.

Seçilən
19
ikisahil.az

1Mənbələr