Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qarşılıqlı razılaşma əsasında Azərbaycandan Ermənistana qaytarılan erməni hərbi cinayətkarlar “Muratsan” hərbi hospitalında tibbi müayinədən keçiblər.
Bundan sonra onlar Ermənistan İstintaq Komitəsinə köçürülüblər. Onların didiriləcəyi gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.