AZ

Rza Pəhləvi İranla bağlı islahat proqramını təqdim etdi

Bakı. Trend:

1979-cü ildə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğluRza Pəhləvi hakimiyyətə gələcəyi təqdirdə İranda həyata keçirəcəyiislahatlardan ibarət proqramını ictimailəşdirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, o, proqramı öz "X" səhifəsində dərcedib.

Onun sözlərinə görə, İranın nüvə proqramına son qoyulacaq,həmçinin “terrorçu qruplaşmaların” maliyyələşdirilməsidayandırılacaq. Tehran terrorçuluq, mütəşəkkil cinayətkarlıq vəİslamın radikal cərəyanları ilə mübarizədə Qərbdən olantərəfdaşlarla əməkdaşlıq edəcək.

O, həmçinin ABŞ ilə diplomatik münasibətlərin bərpa ediləcəyinivə İsrailin dövlət olaraq tanınacağını vəd edib. Pəhləvininsözlərinə görə, söhbət “qarşılıqlı tanınma, suverenlik və millimaraqlara” əsaslanan yeni bir mərhələdən gedir.

Bundan əlavə, Tehran öz resurslarını “azad dünyaya” tədarükedəcək və dövlət idarəçiliyində beynəlxalq standartları qəbuledəcək.

“Bu, mücərrəd bir baxış deyil. Bu, praktiki baxışdır. Millimaraqlara, sabitliyə və əməkdaşlığa əsaslanır. Buna nail olmaq üçünindi İran xalqını dəstəkləməyin zamanıdır”, – deyə Pəhləvibildirib.

Seçilən
115
1
az.trend.az

2Mənbələr