“Reuters” agentliyinə müsahibəsində Cerom Paueli tutduğu vəzifədən çıxarıb-çıxarmayacağı barədə sualına Donald Tramp“Belə planlarım yoxdur” cavabını verib.
Amerika lideri Ədliyyə nazirliyinin təhqiqatının ona bunu etməyə əsas verib-verməməsi ilə bağlı məqama da aydınlıq gətirib.
“Bununla bağlı hal-hazırda bir az qeyri-müəyyən vəziyyətdəyik və nə edəcəyimiz barədə qərar verəcəyik. Amma təfərrüatlara vara bilmərəm. Hələ tezdir, çox tezdir”,- ABŞ prezidenti vurğulayıb.
![]() |
| Tramp FES-in rəhbərini təqib edir |
Pauelin FES-in sədri kimi səlahiyyət müddəti bu ilin may ayında başa çatır, lakin 2028-ci ilə qədər o, qurumun İdarə Heyətinin üzvü kimi qala bilər. Bu statusdan vaxtından əvvəl imtina etməklə bağlı Pauelin heç bir öhdəliyi yoxdur.
Sahil İsgəndərov
AzVision.az
