AZ

Keçmiş nazir müavini evində ÖLÜ TAPILDI – İntihar şübhəsi

Rusiyanın keçmiş nazir müavini evində ölü tapıldı – İntihar şübhəsi

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı fərdi yaşayış evində ölü tapılıb. İlkin ehtimallara görə, sabiq məmur intihar edib.

Məlumata görə, onun evinin qapısı açıq olub, meyiti isə astanada aşkarlanıb. Hazırda müstəntiqlər hadisə yerində işləyir və ölümün təfərrüatlarını araşdırırlar.

Qeyd edək ki, Aleksey Sklyar 2018-2022-ci illərdə Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr