AZ

"9 gündür sənədimi itiriblər" - "Azeri Express"dən ŞİKAYƏT

Bir vətəndaş "Azeri Express" şirkətinə etibar etdiyi sənədin hələ də çatdırılmadığını bildirir və şirkətdən narazılıq edir.

Redaktor.az xəbər verir ki, bu barədə şikayətçi sosial şəbəkədə yazıb.

Şikayətçinin sözlərinə görə, 06.01.2026 tarixində şirkətə təhvil verdiyi sənəd hələ də yoxdur:

"Şirkətin müştəri xidməti zənglərə cavab vermir, e-mailləri görməzdən gəlir, dispetçer nömrəsi verilsə də əlaqə yaratmaq mümkün deyil. Sənədin gecikməsi mənə maddi ziyan vurur və məsələnin həll olunmaması halında hüquqi addımlar atacağam".

Redaktor.az olaraq şikayətlə bağlı "Azeri Express"ə sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, mövzu ilə bağlı tədbir görüləcək:

"Rəhbərlik bu barədə tədbirlər görəcək".

Nuriyyə NATİQQIZI

Seçilən
54
1
redaktor.az

2Mənbələr