AZ

BMT Təhlükəsizlik Şurası İrandakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası İrandakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) İranda yaranmış vəziyyəti müzakirə etmək üçün toplanacaq.

AFN.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, toplantı ABŞ-nin təşəbbüsü ilə baş tutacaq. Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin daimi nümayəndəliyi məlumatı təsdiqləyib.

Bildirilir ki, iclas bu gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Qeyd edək ki, İranda dekabr ayının sonlarından etibarən kütləvi etirazlar davam edir. İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı 2615 nəfərə çatıb, 2054 nəfər yaralanıb, 18 470 nəfər isə saxlanılıb.

Seçilən
9
afn.az

1Mənbələr