AZ

"Neftçi"nin Çempionlar Liqasının qalibinə vurduğu qol - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirdən "Piramids" ilə bərabərə qalıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramids"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.

Seçilən
13
2
sportinfo.az

10Mənbələr