Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.


Bu barədə Rekord.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.


Yanvarın 22-də, saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov hakimlik edəcəklər.


Yanvarın 24-də, saat 16:00-da başlayacaq görüşə isə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.


Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.