Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb və vəzifəsinə xitam verilib.
Qeyd edək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib.