BAKI, 15 yanvar. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyini sual altına qoyub.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
H. Fidan qeyd edib ki, 2026-cı ildə müharibənin sona çatdırılması üçün göstəriləcək səylər ideal həll ilə real həll arasındakı fərqi aradan qaldırmağa yönələcək:
"Avropa təhlükəsizlik memarlığı ilə bağlı müzakirələr uzun illər əsas gündəm mövzularından biri olacaq".