AZ

Hakan Fidan: "Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərimizi davam etdirəcəyik"

Türkiyə Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərini davam etdirəcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qəzzada baş verən hadisələr 2025-ci ilin ən ağır gündəmini təşkil edib:

"Bu gün qlobal idarəetmə sistemi Qəzzadakı vəziyyətə görə sinifdə qalıb. Biz qarşıdakı dövrdə atəşkəsin davamlı sülhə çevrilməsi üçün səy göstərməyə davam edəcəyik".

Nazir həmçinin bildirib ki, Türkiyə 2025-ci ildə Rusiya-Ukrayna müharibəsinin həlli üçün səy göstərib:

"Eyni zamanda, Suriyanın beynəlxalq arenaya inteqrasiyası da 2025-ci ilin mühüm hadisəsi idi. Hazırda bu ölkədə mübarizə aparacağımız problemlərdən biri də "Suriya Demokratik Qüvvələri" məsələsidir".

"Cebheinfo.az"

Seçilən
82
1
cebheinfo.az

2Mənbələr