AZ

ABŞ TRIPP layihəsi üçün nə qədər vəsait ayırıb?

ABŞ TRIPP layihəsinin hazırlıq mərhələsinin maliyyələşdirilməsi üçün artıq 140 milyon dollar vəsait ayırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində məlumat verib.

Paşinyanın sözlərinə görə, konkret investisiyaların həcmi ayrı-ayrı layihələrdən asılı olacaq. Hazırda layihələr əsasən layihələndirmə və smeta mərhələsindədir. Bununla belə, baş nazir investisiyaların məbləğinin böyük olacağını istisna etməyib.
O qeyd edib ki, hər bir layihənin real dəyəri yalnız təsdiqləndikdən və ətraflı maliyyə hesablamaları aparıldıqdan sonra dəqiq məlum olacaq.

Seçilən
53
veteninfo.az

1Mənbələr