İtaliya A Seriyasında dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, ayın oyunçusu adına “İnter”in 28 yaşlı hücumçusu Lautaro Martinez layiq görülüb.
O, səsvermədə Rasmus Hoylund (“Napoli”), Kristian Pulişiç (“Milan”), Canluka Skamakka (“Atalanta”), Nikola Vlaşiç (“Torino”) və Kenan Yıldızı (“Yuventus”) qabaqlayıb.
Lautaro dekabrda keçirdiyi 3 liqa oyununda (“Komo”, “Cenoa”, “Atalanta”) 3 qol vurub, “Cenoa” ilə matçda isə 1 məhsuldar ötürmə edib.