AZ

Bakı klubu növbəti transferini açıqladı

Premyer Liqaya qayıtmağı qarşısına hədəf qoyan "Səbail" növbəti transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Bakı klubu yarımmüdafiəçi Roman Hüseynovu heyətinə cəlb edib. 

Məlumatı klubun mətbuat xidməti yayıb.

Son olaraq “Difai”də çıxış etmiş futbolçu ilə mövsümün sonuna qədər müddətə müqavilə imzalanıb.

"Dənizçilər" bundan əvvəl "Şahdağ Qusar"ın hücumçusu Roman Voronsovu transfer etmişdi. 

Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bayıl təmsilçisi lider "Şəfa"dan 8 xal geri qalır.

Seçilən
76
1
fanat.az

2Mənbələr