Bakı. Trend:
İlk avropalı hərbçilərdən ibarət bölmələr yanvarın 15-dəQrenlandiyaya çatıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqtonda keçən zirvə-görüşünün nəticəsizqalmasından heç 7 saat keçməmiş Avropanın xüsusi təyinatlıları vəkəşfiyyatçılarından ibarət ilk bölmələri Qrenlandiyaya daxilolub.
Bildirilir ki, hərbçiləri daşıyan “Hercules” nəqliyyattəyyarəsinin göyərtəsində Danimarka və Fransadan olan əsgərlər yeralıblar.
Qeyd edək ki, Danimarka krallığının müdafiə nazirliyininnümayəndəsi Tobias Roed Yensen bildirib ki, Danimarkalı hərbçiləramerikalı hərbçilərin hücm edəcəyi təqdirdə cavab atəşi açmağaborcludurlar.
Onun sözlərinə görə, Danimarka hərbçilərinə 1952-ci il kralfərmanı ilə öz ərazilərini qorumaq hüququ verilib. Yensen əlavəedib ki, bu fərman bütün ölkəyə, o cümlədən Qrenlandiyaya şamilolunur. Krallığın müdafiə nazirliyinin nümayəndəsi izah edib ki, busənəd Danimarka hərbçilərinə ölkəni siyasi və ya hərbi rəhbərliyingöstərişini gözləmədən qorumağa imkan verir. Eyni zamanda, o,Danimarka hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin mümkün zərbəsinənecə cavab verəcəyi barədə konkret məlumat verməkdən imtinaedib.