AZ

İrandakı bəzi etirazçılara bu qədər pulödənilib

İrandakı iğtişaşların bəzi iştirakçıları müəyyən hərəkətlər üçün 300 ilə 600 dollar arasında pul alıblar.

Redaktor.az xəbər verir ki,  bu barədə "RİA Novosti" agentliyi İrandakı diplomatik mənbəyə istinadən məlumat dərc edib. 

Məlumata görə, iğtişaşçılara polis bölməsinə hücum etdiklərinə görə 600 dollar, hökumət maşınlarını yandırdıqlarına görə isə 300 dollar ödənilib.

Mənbə bildirib ki, "bu ödənişlərin sənədli sübutları var".

Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb.  Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılarla mübarizə aparmaq üçün göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib. 

Son məlumatlara əsasən, İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.

Seçilən
40
1
redaktor.az

2Mənbələr