ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış Azərbaycan alimi Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Haqqın.az saytı “The Investigative Post” nəşrinə istinadən məlumat yayıb.
Bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir.
Hüquq-mühafizə orqanları hətta ABŞ-da qanuni yaşayan nüfuzlu şəxsləri, elm adamlarını və tədqiqatçıları belə saxlayır və deportasiya edir. ICE-nin son qurbanlarından biri neyrobioloq və Buffalo Universitetinin (Nyu-York) professoru Şövqi Hüseynovdur.
Ş.Hüseynov üzərində heç bir cinayət əməli yoxdur. Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7 yanvarda o, Nyu-Yorkun Buffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayı üzərindəki Sülh Körpüsündən keçib və səhvən Kanadaya daxil olub. Qayıdandan sonra ABŞ sərhəd rəsmiləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi sözçüsü agentlərin “onun ABŞ-dan deportasiya edilə biləcəyini müəyyən etdiklərini” və onu ICE-yə təhvil verdiyini bildirib.