AZ

ABŞ vizası ilə bağlı yanlış məlumat – yalnız immiqrant vizaları dayandırılıb

Azərbaycan vətəndaşları üçün bütün viza növlərinin dayandırıldığı barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyi məlumat yayıb. 

Səfirlik qeyd edib ki, yalnız immiqrant vizaları (daimi yaşayış icazəsi) üzrə müvəqqəti fasilə tətbiq olunub, turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant vizalar isə normal qaydada qəbul olunur.

Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələr yayımlanıb. Bu məlumat həqiqəti əks etdirmir”, - məlumatda deyilir. 

Qeyd olunub ki, ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkə üçün immiqrant vizalarının verilməsini müvəqqəti dayandırıb. Azərbaycan da həmin siyahıya daxildir və qərar 21 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Səfirlik vətəndaşlara müraciətlərinə qeyri-immiqrant vizalar üzrə normal qaydada davam etməyi tövsiyə edib.

Aytac 

Seçilən
73
1
anews.az

2Mənbələr