AZ

“Zəngəzur dəhlizi geoiqtisadi məkanın onurğa sütunudur”

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"Üç ay əvvəl İzmirdə Azərbaycan-Türkiyə enerji Forumunu böyük uğurla keçirdik. Ondan irəli gələrək karbohidrogenlər, bərpa olunan enerji, enerji səmərəliliyi  üzrə işçi qrupları fəaliyyətini davam etdirir".

525.az-ın Rizəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Beynəlxalq Qara dəniz Rizə Ayder Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İğdır-Naxçıvan neft kəməri Naxçıvanla Türkiyə arasında quru xətt üzrə birbaşa təbii qaz təchizatını təmin etməklə yanaşı, ötürücülük gücünün artırılması sahəsində də əks axına imkan yaradacaq.

"Bu layihə təkcə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməyəcək, həmçinin gələcəkdə Zəngəzur dəhlizi infrastruktur  sinxrozisasiyasını da  möhkəmləndirəcək.

Zəngəzur dəhlizi və yaxud "Tramp marşrutu" təkcə nəqliyyat-logistik marşrut deyil, enerji və geoiqtisadi məkanın onurğa sütunudur. Bu xətt Azərbaycanı birbaşa Türkiyə ilə, Türkiyəni isə Mərkəzi Asiya ilə birləşdirəcək", - o bildirib.

Nazir müavini əlavə edib ki, Xəzər dənizindən alınan enerjinin Cəbrayıl enerji qovşağı vasitəsilə Naxçıvana, ordan Avropaya və digər bölgələrə ötürülməsi də hədəflərimiz arasındadır. Naxçıvanla yanaşı, Gürcüstan üzərindən Türkiyəyə, ordan da Avropaya elektrik enerjisinin çatdırılmasını təmin edəcək yaşıl enerji ixracı dəhlizi də mühüm layihədir. Bu layihəyə digər ölkələrdən də böyük maraq var.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
525.az

1Mənbələr