AZ

Laçında məktəblilərin qar sevinci - FOTO

Laçın şəhərinə qar yağıb. Yağan qar ən çox məktəblilərin sevincinə səbəb olub.

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Laçına mövsümün ikinci dəfə yağan qarı ötən gündən başlayıb və hündürlüyü 4-5 santimetrə çatır.

Ağ örpəyə bürünən Laçın mənzərəsi ilə diqqət çəkir. Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdləri dərs fasilələrində və dərsdən sonra qış ab-havasından zövq alıb, qar topu oynayıblar.

Həmin fotoları təqdim edirik.











Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr