AZ

Lənkəranda qardaş qardaşı bıçaqladı – TƏFƏRRÜAT / YENİLƏNİB

Lənkəranda qardaş qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini Emral Mirzəyev aralarında yaranmış münaqişə zamanı qardaşı 20 yaşlı Semral Mirzəyevi bıçaqlayıb.

Xəsarət alan S.Mirzəyev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

***

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev sorğumuza cavab olaraq bildirib ki, 14.01.2026-cı il tarixində saat 15:10 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol döş qəfəsin və sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT.az -ın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Turab

Seçilən
27
2
nocomment.az

3Mənbələr