Deputat Ülvi Quliyevin bahalı saatı - ŞOK QİYMƏT + FOTO
"Big Bang Black Magic" – Qiyməti dodaq uçuqladırAjans.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, millət vəkilinin üstünlük verdiyi aksessuar dünya şöhrətli"Hublot"brendinə məxsusdur. Fotolardan aydın olur ki, söhbət markanın ən məşhur xətlərindən biri olan"Big Bang Black Magic"modelindən gedir. Bu model öz xüsusi dizaynı və davamlı materialları ilə seçilir. Hazırda bu növ saatların bazar qiyməti funksionallığından və istehsal materialından asılı olaraq dəyişir: ABŞ dolları ilə:10.000 – 20.000 $ Azərbaycan manatı ilə:təxminən 17.000 – 34.000 AZN (və daha baha) Rəsmi şəxslərin sevimlisi Qeyd edək ki, "Hublot" brendi, xüsusilə "Big Bang" və "Classic Fusion" kolleksiyaları Azərbaycandakı rəsmi şəxslər və iş adamları arasında kifayət qədər populyardır. Ülvi Quliyevin seçimi olan "Black Magic" modeli isə brendin ən bahalı və prestijli nümunələrindən biri hesab olunur.