Bakıda “BakuBus”un sürücüsünü döyən şəxs həbs olunub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində baş verib.
Piyada və sürücü bir-birini yol-nəqliyyat qaydalarını pozmaqda ittiham edərək mübahisə edib. Nəticədə piyada Elvin Məmmədov “BakuBus”un 32 saylı marşrutunun sürücüsü Cəzairə yumruq zərbəsi endirib.
Məhkəmənin qərarına əsasən, Elvin Məmmədov törətdiyi əmələ görə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Ağagül Mürsəlov,
KONKRET.az