AZ

Tramp: “Rodriqeslə yaxşı anlaşırıq”

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, müvəqqəti olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes belə deyib. “Bu gün mənim ABŞ prezidenti Donald Trampla qarşılıqlı hörmət şəraitində keçirdiyim uzun və məhsuldar telefon danışığında iki dövlətin xalqlarının maraqları naminə ikitərəfli əməkdaşlıq gündəliyi, həmçinin Karakas və Vaşinqton hökumətləri arasında münasibətlərdə həll olunmamış məsələlər müzakirə edildi”, - xanım Rodriqes öz Telegram-kanalında yazıb. Amerika lideri jurnalistlərə açıqlamasında Delsi Rodriqeslə telefon danışığı apardığını təsdiqləyib. - Gözəl söhbətimiz yalnız bu gün baş tutdu. O, gözəl insandır. Biz birlikdə çox yaxşı işləyirik. Onunla Dövlət katibi Marko Rubio onunla işləyir. Bu səhər mən də onunla təmas qurdum. Uzun telefon danışığımız oldu. Bir çox məsələləri müzakirə etdik”, - Donald Tramp deyib.

Senat Trampın Venesuela siyasətini dəstəklədi

Ağ Evin rəhbəri Karakasda Vaşinqtonla əməkdaşlığa meyl göstərməyən qüvvələrin ola biləcəyi ilə bağlı ehtimalı şərh edərək, Venesuela ilə “yaxşı anlaşdığını” vurğulayıb. “Reuters”ə müsahibəsində Rodriqesin gələcəkdə ABŞ-yə səfərə gəlməyi planlaşdırdığını deyən Tramp, özünün də Venesuelaya gedə biləcəyini istisna etməyib. “İnanıram ki, o, nə vaxtsa ABŞ-yə gəlməyi planlaşdırır və mən də onların ölkəsinə gedəcəyəm. Rodriqueslə iş aparmaq çox yaxşıdır. Lakin səfər planları qısamüddətli perspektivə aid deyil”, - ABŞ prezidenti bu məsələyə aydınlıq gətirib. “TruthSocial” sosial şəbəkəsindəki paylaşımında isə Tramp Venesuela prezidentinin nümayəndəsi ilə neft, minerallar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb. - Biz Venesuelanın sabitləşməsinə və bərpasına dəstək verməkdə böyük irəliləyiş əldə edirik. Biz neft, qalıq yanacaq, ticarət və təbii ki, milli təhlükəsizlik də daxil olmaqla geniş mövzularla bağlı müzakirə apardıq”, - Amerika lideri yazıb. Maralıdır ki, bu arada Ağ Ev ABŞ prezidentinin yanvarın 15-də Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu Vaşinqtonda qəbul edəcəyini açıqlayıb. Görüş Oval kabinetdə deyil, Ağ Evin şəxsi qonaq otağında keçiriləcək və danışıqların nahar zamanı baş tutması mümkündür. Yeri gəlmişkən, bundan əvəvl ABŞ Senatı prezident Tramp administrasiyasından qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməmək tələbini nəzərdə tutan qətnaməni bloklayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
azvision.az

2Mənbələr