Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki peşə təlim mərkəzində partlayış baş verib.

Leqal.info yerli KİV-ə istinadən xəbər verir ki, bina qatı tüstü ilə dolub.

İlkin məlumatlara əsasən, yeddi nəfər yaralanıb, təxminən iki yüz nəfər təxliyə edilib.

Hadisə yerində təcili yardım xidmətləri və hüquq-mühafizə orqanları işləyir.

Leqal.info