AZ

Azərbaycan Cüdo Federasiyası hakimlər üçün yeni qaydalar üzrə seminar təşkil edib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.

Tədbirdə aşağıdakı mövzular üzrə ətraflı müzakirələr aparılıb, yeniliklər izah edilib və dəyişikliklər əyani şəkildə nümayiş etdirilib:

- yuko xalının hansı vəziyyətlərdə verilib-verilməməsi ilə bağlı yeniliklər;

- kumikatanın qırılması zamanı icazə verilən hallar və şido cəriməsinin tətbiq olunma meyarları;

- vaxtı uzatmağa görə veriləcək şido cərimələri;

- uşiro-sankaku texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar;

- passivliklə bağlı şido cəriməsinin verilməsində yeniliklər;

- görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
5
icma.az

8Mənbələr