AZ

Gürcüstanda dövlət satınalma təşkilatlarına plastik stəkanlarla yanaşı plastik su butulkalarının istifadəsi də qadağan edilir

Plastik istehlakının azaldılması məqsədilə Gürcüstanda 2026-cı il aprelin 1-dən etibarən yeni tənzimləmə qüvvəyə minəcək.

Oxuməni.az “24News.ge2yə istinadla xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, qeyd olunan tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək.

Qadağa Müdafiə Qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün həyata keçirilən dövlət satınalmalarına şamil olunmayacaq.

Nazirlik bildirir ki, yeni tənzimləmələr ətraf mühitin plastiklə çirklənməsinin qarşısının alınması və təbii ekosistemlərə göstərilən təzyiqin azaldılması məqsədi daşıyır. Bu çərçivədə nazirliyin təşəbbüsü ilə Gürcüstan Hökumətinin müvafiq sərəncam layihəsi hazırlanıb.

Məlumatda həmçinin qeyd olunur ki, 2026-cı il yanvarın 1-dən etibarən qida ilə təmas üçün nəzərdə tutulan bəzi plastik məmulatların satışına artıq qadağa qoyulub. Yeni qərar bu tədbirlərin davamı kimi qiymətləndirilir.

Almaz Həsənli

Seçilən
2
6
oxumeni.az

8Mənbələr