“OBA” marketlər şəbəkəsinin Yeni il münasibətilə keçirdiyi “Nağıl kimi günlər” adlı lotereya kampaniyası uğurla yekunlaşıb.
Publika.az xəbər verir ki, 1–31 dekabr tarixlərini əhatə edən kampaniyada minlərlə müştəri iştirak edib və 98 qalib dəyərli hədiyyələr qazanıb. Lotereyanın baş mükafatı Changan Qiyuan Q05 avtomobilini paytaxt sakini Zəhra Şəfiyeva qazandı.
Sevindirici xəbərdir ki, “OBA”nın lotereyasının baş mükafatını qazanan Zəhra Şəfiyeva bu gün ana olub.
Qalib avtomobili cəmi 13 AZN-lik alış-verişlə qazanıb. Lotereya çərçivəsində keçirilən 8 tiraj üzrə ümumilikdə:
• 31 nəfər 100 AZN-lik OBA bonus kartı”
• 62 nəfər 50 AZN-lik OBA bonus kartı
• 4 nəfər iPhone 17 Pro
• 1 nəfər isə Changan Qiyuan Q05 avtomobili qazanıb.