AZ

Rusiyanın keçmiş əmək nazirinin müavini ölü tapıldı

Moskvada Rusiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın cəsədi tapılıb. İlkin məlumata görə, o, intihar edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindəki mənbə məlumat verib. 

Agentliyin həmsöhbəti aydınlaşdırıb ki, Sklyar yanvarın 15-də səhər Filimonkovskoye qəsəbəsindəki şəxsi evində ölü tapılıb. 

Məlumata görə, keçmiş məmur ölümündən əvvəl "Telegram" kanalında vida məktubu yazıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib. 

Seçilən
101
bakivaxti.az

1Mənbələr