AZ

Davos 2026 qlobal qarşıdurma kölgəsində Bakının Orta Güc manifesti

ain.az, Bizim media saytına istinadən bildirir.

Dünya liderləri və biznes elitası Davos səfəri üçün son hazırlıqlarını həyata keçirir. Bir tərəfdən təşkilatçılar forumun qüsursuz keçirilməsi üçün səy göstərir, digər tərəfdən isə dünya liderlərinin protokol xidməti Davosda öz liderlərinin gündəliyini hazırlayır.2025-ci ildə gərginləşən geosiyasi vəziyyət 2026-cı ilin əvvəlindən özünün yeni mərhələsinə qədəm qoydu. Bu ilki Davos öz qonaqlarını "Əməkdaşlıq ruhu" devizi ətrafında birləşdirməyə çalışır. Ancaq əməkdaşlığa davammı, yoxsa əməkdaşlıq artıq Davos forumu üçün xoş bir keçmişmi olacaq?- sualı aktualdır.Ötən dönəmlərdə dünyada sabitlik, iqtisadi inkişaf və qarşılıqlı investisiya üçün iqtisadi əməkdaşlıq vacib hesab edilirdi. Ancaq artıq ölkələrin bir-birinə sıx iqtisadi inteqrasiyası güclülər tərəfindən bir silah olaraq istifadə edilməkdədir. Xüsusilə 2025-ci ildə iqtisadi alətlərin silah kimi istifadə edilməsi daha çox aktuallaşdı.Qarşıdurmalar dünya üçün əsas risk təşkil edəcək2026-cı il Davos forumu öncəsi açıqlanan "Global Risks Report 2026" hesabatı da onu göstərir ki, dünya ölkələri əməkdaşlıqdan uzaqlaşaraq qlobal qarşıdurmalara davam edəcəklər və yaxın 2 il ərzində bu qarşıdurma dərinləşəcək. Hesabat 2026-cı ili, yaxın 2 ili və uzunmüddətli 10 ili əhatə edən riskləri əks etdirir.

 

Hesabata əsasən, gələcək 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam etməsi və bunun təsiri ilə dövlətlər arasında silahlı qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda, dezinformasiya da artıq qlobal risk kimi gündəlikdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlər ön plana çıxması gözlənilir.

Hesabat onu göstərir ki, bu günə qədər sabitlik üçün əsas olan iqtisadi əməkdaşlıq tədricən qlobal olaraq silaha çevrilməkdədir. Yeni mərhələdə milli maraqların qorunması və strateji çeviklik daha vacib hala gəlir. Bu gün perspektiv kimi görünən süni intellekt həlləri yaxın gələcəkdə əsas risk mənbəyinə çevriləcək. Beləliklə, hər keçən gün ənənəvi təhdidlər yeniləri ilə əvəz edilir ki, bu da dövlətləri və cəmiyyətləri daim ayıq-sayıq olmağa vadar edir.

Seçilən
136
bizim.media

1Mənbələr