“Barselona” İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Rasinq Santander”lə oyun üçün heyətini açıqlayıb.
Publika.az xəbər verir ki, qış fasiləsində icarə əsasında komandaya qayıdan Joao Kanselo da heyətə daxil edilib. Onun “Barselona”dakı ikinci dönəmdə debüt etməsi mümkündür.
Qeyd edək ki, qarşılaşma bu gecə, saat 00:00-da keçiriləcək.
Qapıçılar: Mark-Andre ter Ştegen, Joan Qarsiya, Voytsex Şensnı.
Müdafiəçilər: Aleks Balde, Pau Kubarsi, Ronald Arauxo, Joao Kanselo, Jül Kunde, Gerard Martin, Erik Qarsiya.