Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər edə bilərsiniz.
ONN media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də isə Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.
Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta