FİFA 2026-cı il dünya çempionatının oyunlarına biletlərlə bağlı böyük maraq olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, turnirin matçlarına bilet almaq istəyənlərdən ümumilikdə təxminən 500 milyon sifariş daxil olub.
Hazırda artıq 2 milyon bilet satılıb. Daha 4-5 milyon bilet isə hələ satışdadır və yaxın vaxtlarda reallaşdırılması planlaşdırılır.
Maraqlıdır ki, final oyunu sorğuların sayına görə yalnız üçüncü yerdə qərarlaşıb. Açılış matçı olan Meksika - Cənubi Afrika qarşılaşması isə dördüncü pillədədir. Hazırda ən böyük maraq Kolumbiya - Portuqaliya oyununa göstərilir, ikinci yerdə isə Meksika - Cənubi Koreya matçı dayanır.