AZ

Həkim: Ölkə üzrə virus yayılıb

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Son aylarda virus və bağırsaq infeksiyalarında artım müşahidə olunur. İnsanlar buna görə narahatdır”.Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva bildirib.O deyib ki, əsasən soyuqdəymə, qrip və bağırsaq virusları daha çox yayılıb:“Hazırda yayılan viruslar adətən yüngül və orta simptomlarla keçir. Bunlara hərarət, öskürək, burun axması və ishal daxildir. Lakin uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlarda xəstəlik ağır keçə bilər. Viruslar davamlı olaraq dəyişir, buna mutasiya deyilir. Mutasiyalar virusların yayılmasını və bəzən immunitetdən yayınmasını asanlaşdırır. Hələlik geniş əhali üçün bu viruslar əvvəlkilərdən daha təhlükəli deyil. Yeni viruslar çıxa bilər, amma onların hamısı ciddi xəstəlik yaratmır. Əhalinin immuniteti yoluxma və ağırlaşma riskini azaldır. Ən önəmlisi əlləri yumaq, otaqları havalandırmaq və risk qruplarını vaksin etdirməkdir. Bu sadə tədbirlər viruslardan qorunmağa kömək edir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr